Suallar və cavablar
Ən çox soruşulan suallara qısa cavablar. Sualınız yoxdursa, WhatsApp-da yazın.
Neçə seans lazımdır?
İlk 1-2 seansdan sonra tüklər seyrək, nazik və gec çıxmağa başlayır. Əsas kurs 6-8 seansdır, nəticəni sabitləşdirir və maksimuma çatdırır.
Tüklər nə vaxt tökülür?
Seansdan dərhal sonra yox. Adətən 7-14 gün ərzində tədricən tökülür, bu tamamilə normaldır. Əsas effekt 1-2 həftədə hiss olunur.
Lazerdən sonra qara nöqtələr niyə olur?
Bunlar kökdə yanmış tük hissələridir və keçicidir. 7-14 gündə özü çıxır. Evdə yumşaq pilinq və ya skrab (dərini zədələmədən) və nəmləndirici krem kömək edir.
Korreksiya ödənişlidir?
İlk seansdan sonra korreksiya pulsuzdur. Sonrakı seanslarda çox vaxt lazım olmur, nadir hallarda lazım olsa 5 AZN-dir.
Prosedur zamanı otaqda başqa kimsə olur?
Xeyr. Qapı bağlanır, otaqda yalnız siz və lazeroloq olursunuz.
Bikini zonası niyə tez tüklənir?
Səbəblər hormonal və genetik ola bilər, dar və sintetik geyimin sürtünməsi də təsir edir. Seansları nizamlı və tam kurs şəklində davam etdirmək vacibdir. Hormonal problem ehtimalı varsa, endokrinoloq və ya ginekoloqla məsləhətləşmək faydalıdır.
Prosedurdan sonra dəriyə nə çəkilir?
Ehtiyac olduqda həssas dəri üçün xüsusi bədən köpüyü (penka) istifadə olunur, dərini sakitləşdirir. Hər seansda məcburi deyil, dəri tipinə və reaksiyaya görə seçilir.
Lazer üçün ən yaxşı mövsüm hansıdır?
Studiyanın sözü ilə, qış ideal lazer mövsümüdür: soyuq havada lazer, isti yayda problemsiz bədən.
Kişilər qəbul olunurmu?
Xeyr. The Laser Point yalnız xanımlar üçün studiyadır, bu, müştərilərimizin rahatlığı və məxfiliyi üçündür.
Hamiləlikdə lazer epilyasiya etmək olar?
Hamiləlik və əmizdirmə dövründə prosedur adətən təxirə salınır. Belə vəziyyətdə əvvəlcə lazeroloqa deyin, birlikdə uyğun vaxtı seçək.
Lazer ağ və açıq rəngli tüklərə təsir edir?
Alexandrite lazer tükdəki piqmentə (melaninə) təsir edir, ona görə tünd tüklərdə ən yaxşı nəticə verir. Ağ, çal və çox açıq sarı tüklərdə təsiri zəifdir, ilk görüşdə bunu dürüst deyirik.
Üst dodaq üçün neçə seans lazımdır?
Əsas kurs adətən 6-8 seansdır. İlk 1-2 seansdan sonra tüklərin seyrəldiyini və inceldiyini görəcəksiniz.
Üzdə lazer tükləri daha da artırmır ki?
Aleksandrit lazeri tünd tükün kökünə təsir edir və onu zəiflədir. Çox incə, açıq tüklərdə nəticə zəif ola bilər, ona görə lazeroloq ilk görüşdə zonanı qiymətləndirir.
Seanslar arası fasilə nə qədərdir?
Fasiləni lazeroloq fərdi təyin edir, üz üçün adətən 4-6 həftə olur.
Seansdan sonra makiyaj etmək olar?
Dəri sakitləşənə qədər, ilk gün zonanı mümkün qədər rahat buraxmaq daha yaxşıdır. Dəqiq tövsiyəni lazeroloq dərinizə baxıb verəcək.
Bütün üz neçəyədir?
Bütün üz bir seans üçün 13 AZN-dir. Ayrı zonalar 3 AZN-dən başlayır.
Qoltuqaltı seansı nə qədər çəkir?
Zona kiçik olduğu üçün seans qısa olur. Dəqiq vaxtı lazeroloq tüklərin sıxlığına görə deyəcək.
Seansdan sonra dezodorant istifadə etmək olar?
İlk gün dezodorant və ətirli vasitələrdən çəkinmək tövsiyə olunur. Dəri sakitləşəndən sonra adi qaydaya qayıda bilərsiniz.
Qoltuqaltı üçün neçə seans lazımdır?
Əsas kurs adətən 6-8 seansdır. İlk 1-2 seansdan sonra tüklər seyrəlir və inceləşir.
Seanslar arasında qırxmaq olar?
Bəli, qırxmaq olar. Vosk, şuqaring və epilyator isə olmaz, çünki tükün kökü yerində qalmalıdır.
Qara nöqtələr nədir?
Bunlar kökdə yanmış tüklərdir və 7-14 günə özləri çıxır. Yumşaq skrab və nəmləndirici kömək edir.
Klassik və dərin bikini arasında fərq nədir?
Klassik bikini alt paltarının kənarlarından görünən tükləri əhatə edir, dərin bikini isə zonanı daha geniş əhatə edir. Seçimi lazeroloqla birlikdə edə bilərsiniz.
Seans zamanı otaqda kim olur?
Yalnız siz və lazeroloq. Qapı bağlı olur və biz yalnız qadınları qəbul edirik.
Bikini tükləri niyə tez çıxır?
Səbəb hormonal və ya genetik ola bilər, sıx sintetik paltar da təsir edir. Hormonal problemdən şübhə varsa, endokrinoloq və ya ginekoloqa müraciət edin.
Bikini üçün neçə seans lazımdır?
Əsas kurs adətən 6-8 seansdır. Fasiləni lazeroloq təyin edir, adətən 6-8 həftə olur.
Seansdan sonra nə geyinmək daha yaxşıdır?
İlk günlərdə yumşaq pambıq alt paltarı geyinin və sıx sintetik paltardan çəkinin.
Yarım ayaq və tam ayaq arasında fərq nədir?
Yarım ayaq dizə qədər olan hissədir və 15 AZN-dir. Tam ayaq budları da əhatə edir və 25 AZN-dir.
Ayaqlarda nəticəni nə vaxt görəcəyəm?
Tük seansdan sonra 7-14 gün ərzində tədricən tökülür. İlk 1-2 seansdan sonra tükün seyrəldiyini və incəldiyini görürsünüz, əsas kurs adətən 6-8 seansdır.
Seansdan əvvəl ayaqları necə hazırlamalıyam?
Seansdan 12-24 saat əvvəl ülgüclə qırxın. Təxminən 4 həftə əvvəldən mum, epilyator və cımbız istifadə etməyin.
Yayda ayaq lazeri etmək olarmı?
Təzə qaralmış dəridə lazer edilmir, seansdan 2 həftə əvvəl və sonra günəşdən qorunmaq və SPF 50 sürtmək lazımdır. Buna görə ayaqlar üçün qış ən rahat mövsümdür.
Seansdan sonra idmana getmək olarmı?
24-48 saat çox tərlədən idmandan, saunadan və hovuzdan uzaq durmaq tövsiyə olunur. Yüngül qızartı bir neçə saata keçir.
Yarım qol hansı hissəni əhatə edir?
Yarım qol biləkdən dirsəyə qədər olan hissədir və 10 AZN-dir. Tam qol çiyinə qədər bütün qolu əhatə edir və 15 AZN-dir.
Qollarda incə və açıq tükə lazer təsir edirmi?
Alexandrite lazer tükün piqmentinə təsir edir, buna görə tünd tükdə ən yaxşı işləyir. Ağ, çal və çox açıq sarı tükə təsir etmir, lazeroloq ilk görüşdə sizin tükünüzü qiymətləndirir.
Barmaqlar və əl üstü üçün neçə seans lazımdır?
Əsas kurs adətən 6-8 seansdır. Tük ilk 1-2 seansdan sonra seyrəlir və incəlir.
Qoltuqaltı qol paketinə daxildirmi?
Xeyr, qoltuqaltı ayrıca zonadır və 10 AZN-dir. İstəsəniz eyni seansda birlikdə etmək olar.
Seansdan sonra qollarımı günəşdən necə qorumalıyam?
Təxminən 2 həftə təzə qaralmadan qaçın və çölə çıxanda SPF 50 sürtün. Qızartı adətən bir neçə saata keçir.
Bütün bədən paketinin qiyməti nəyə görə dəyişir?
Qiymət seansda istifadə olunan puls sayına görə hesablanır. 2000 puls 40 AZN, 4000 puls 60 AZN-dir.
Bir seans nə qədər çəkir?
Bütün bədən və üz bir seansda adətən 45-60 dəqiqə çəkir.
Paketə hansı zonalar daxildir?
Paket sinə, qarın, bütün kürək, tam ayaqlar, tam qollar və bütün üzü əhatə edir. Bu zonaları ayrıca etdirsəniz cəmi 93 AZN olur.
Ödənişi hissələrə bölmək olarmı?
Bəli, 3 və 6 aylıq hissələrlə ödəmək mümkündür. Kart və NFC ilə də ödəniş qəbul edirik.
Üz və bədən üçün fasilə eynidirmi?
Fasiləni lazeroloq fərdi təyin edir. Adətən üz üçün 4-6 həftə, bədən üçün 6-8 həftə olur.
Zonanı və vaxtı seçin.
Qəbul yalnız öncədən yazılışladır. Seçiminiz hazır WhatsApp mesajına çevrilir, dəqiq saatı studiya təsdiq edir.
Zona
Seans
Gün
Vaxt
THE LASER POINT
- Zona
- Üz
- Seans
- İlk seans
- Gün
- Bu gün
- Vaxt
- Fərq etməz
və ya zəng edin 050 200 38 13. Mesaj 050 200 38 13 nömrəsinə gedir. Bazar ertəsi studiya 19:00-dək işləyir.